
Azərbaycanda bələdiyyə ərazisində duracaq və parklanma yerlərinə görə ödənişlərlə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək.
Gununsesi.info-nun xəbərinə görə, bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri üçün, habelə duracaq və parklanma yerlərinə görə ödənişlərin daha da səmərəli differensiallaşdırılması üçün onların məbləğinin faizlə hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklər olunacaq.
Gununsesi.info