Şəhid polkovnikin sensasion səs yazısı yayıldı: Nəciməddin Sadıkov Azərbaycanı məğlubiyyətə aparırdı - MÜDAFİƏ NAZİRLİYİ HƏLƏLİK SUSMAĞA ÜSTÜNLÜK VERİR

  • By admin
  • 22 Oktyabr 2022 13:23

44 gün davam edən İkinci Qarabağ müharibəsində korpus komandirinin müavini, polkovnik Babək Səmidli də iştirak edib. Onun müharibənin bitməsindən bir neçə gün sonra, noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşdüyü bildirilir.
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” medalları, “Zəfər” ordeni ilə təltif edilib.

Babək Səmidlinin müharibədən az sonra, ölümündən isə bir neçə gün əvvəl etdiyi söhbətin audioyazısı yayılıb.

Gununsesi.info bildirir ki, Meydan TV-də yayılan səs yazısında polkovnik sensasion iddialar səsləndirib.

O, Nəciməddin Sadıkov başda olmaqla bir sıra ordu rəhbərliyinin Prezidenti  aldatdığını, döyüş üçün ordunun təminatında ciddi çatışmazlıqların yaradıldığını deyib.
Babək Səmidli iddia edib ki, ordu rəhbərliyindəki məlum şəbəkə Azərbaycanı məğlubiyyətə aparmaq üçün əlindən gələni edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov isə Gununsesi.info-nun sorğusuna cavabında deyib ki, hələlik bu barədə nüzirliyin hər hansı bir açıqlaması yoxdur:

“Hansısa bir münasibət olacaqsa, bu açıqlanacaq”.

 

Mətləb Yaqublu

Gununsesi.info