
Rəsmi Bakı Təl-Əvivdə səfirlik açmağa hazırlaşır və bunun üçün hazırlıqlar daha da sürətləndirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Azərbaycan-İsrail Dostluq Qrupunun üzvü Arzu Nağıyev öz açıqlamasında söyləyib. Deputat texniki səviyyədəki son mərhələnin tamamlandığını bildirib.
“Zaman-zaman deyirdilər ki, “Azərbaycanın İsraildə səfirlik açması kiminsə xoşuna getməz”. Azərbaycanın öz xarici siyasəti var. Azərbaycan dövləti öz xarici siyasətini özü bəlli edir. İran Qafanda konsulluq açıb “Ermənistan bizim tərəfdaşımızdır” deyirsə, bizim hansısa dövlətdən çəkinməmizə yer yoxdur”, – deyə İsrail üzrə Dostluq Qrupunun üzvü vurğulayıb.
A.Nağıyev açıqlamasında söyləyib ki, İsraildə səfirliyin açılması prosesi mütləq şəkildə tənsimlənəcək.
“Düşünürəm ki, İsraildə səfirliyimizin açılması məsələsinin həlli ciddi problem deyil. Yaxın zamanda bunun nəticəsinin şahidi olacağıq” – deputat Arzu Nağıyev deyib.
Xatırladaq ki, iki ölkə arasında münasibətlərin irəlilədilməsi üçün ötən il 29 iyul 2021-ci ildə Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm Təmsilçiliyi öz işinə başlayıb.
Yeri gəlmişkən, İsrail Prezidenti İsaak Hersoq münasibətlərin qurulması üçün dövlət başçısı İlham Əliyevə məktubunda Azərbaycanın İsraildə səfirlik açmasını istəmişdi.
Gununsesi.info