
Həcc ziyarəti üçün məsrəflər hər zaman müzakirə mövzusu olaraq qalır.
Hər yeni Həcc mövsümündə bahalaşan qiymətlər bu ziyarəti gerçəkləşdirmək istəyən insanlar üçün əlçatmaz olur.
Ancaq maraqlıdır ki, Avropa ölkələrində bu qiymətlər ucuz olması ilə yanaşı həm də bahalaşmır.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda 2023-cü ildə bu qiymət 5750 ABŞ dolları təşkil edib. 2022-ci illə müqayisədə təxminən 700 manata yaxın artım olub.
Türkiyədə də vəziyyət eynidir. Həcc ziyarətinin qiyməti 6000 dollardan yuxarıdır.
Ümrə ziyarətləri də təxminən belədir.
Ancaq Fransada bu ziyarət üçün çox ucuz qiymət təklif olunur. Görünür, Avropada müsəlman olmaq hər tərəfli rahatdır.
Belə ki, Fransada 7-10 günlük Ümrə ziyarəti 700 avrodan başlayır. Bu qiymətə daxildir: Məkkədə 5 ulduzlu hoteldə gecələmə, Mədinədə isə 5 və ya 6 gün nəqliyyat xərcləri də daxildir.
Gununsesi.info