“Vaqner”: Rus dövlət mediası Priqojinin evinə edilən basqında ələ keçirilən pul və silahları yayımladı / FOTOLAR

  • By arzu
  • 07 İyul 2023 12:36

Rusiyada dövlətin nəzarətində olan televiziyalar “Vaqner”in idarəçisi Yevqeni Priqojinin keçən ay başlatdığı hərbi qiyamın ardından Priqojini hədəf alan yayımlar etməyə başlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, televiziya kanallarında Priqojinin Peterburqdakı evinə edilən basqında ələ keçirildiyi söylənən silahlar, qızıllar və pullar göstərilib.

HTML tutorial

Rusiya mediası Priqojinin keçmişini xatırladaraq onu “ac göz” adlandırıb. Digər tərəfdən Priqojinin rus ordusuna və Ukraynadakı savaşın gedişatına dair tənqidlər olmayıb.

Bu, günümüzə qədər Rusiya mediasının “Vaqner” haqqında ən zərərverici və şəxsi yayım oldu.

Yayımda qanunsuz narkotik ola biləcəyi deyilən ağ toz da göstərilib.

Bülletendə Priqojinin keçmişdə törətdiyi cinayətlərdən detallı şəkildə bəhs edilib.

Onun həbsxanada “cinayət baronları ilə qurduğu əlaqələr sayəsində sossiska satıcısından Kremlinin yemək tenderlərini almağa qədər yüksəldiyi” vurğulanıb.

“Kanal 1” isə Priqojini “Qərb kəşfiyyatının adamı” kimi önə sürüb.

Rusiyanın ən çox izlənən 3 kanalından biri olan “NTV” isə onun acgözlük və kriminal keçmişinin təsiri ilə hərəkət etdiyini önə sürüb.

Bundan bir müddət sonra isə rus televiziyaları “Vaqner”in Ukraynadakı işlərindən tərifli yayımlar ediblər.

Priqojin bu yayımlar haqqında bir şərh verməyib.

“Vaqner”lə bağlı bir sosial media hesabında isə “Priqojin kimi zəngin bir işadamının bahalı evinin olmasının nəyi qeyri-adidir?” paylaşımı edilib.

Tərcümə: Arzu

Gununsesi.info