d

Papadan “Quran”ın yandırılmasına etiraz

  • By arzu
  • 03 İyul 2023 16:39

Vatikanın dövlət başçısı və Katoliklərin ruhani lideri Papa Frensis İsveçin paytaxtında yaşanan “Quran”ın yandırılması olayın münasibətini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, müqəddəs kitabın məscidin qarşısında yandırılmasına etiraz edən dini lider bu addımın onu qəzəbləndirdiyini və diksindirdiyini bildirib.

HTML tutorial

“İfadə azadlığı heç bir zaman başqalarını aşağılamaq üçün bir vasitə olmamalıdır. Buna izacə verilməsi qəbuledilməzdir. Bu, qınanılacaq bir davranışdır”.

Papa vəzifələrinin dini duyğunu əməkdaşlığa, qardaşlığı və əyani hərəkətə çevirmək olduğunu dilə gətirib.

“Bu gün silah hazırlayanlara deyil, barışıq təminatçılarına ehtiyacımız var. Toqquşmanı qızışdıranlara deyil”.

 

Tərcümə: Arzu

Gununsesi.info