Vahid Əhmədovun keçmişini yaxşı bilirik

Vahid Əhmədov özünü istiqlalçı deputat hesab etməklə öyünməsin.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hikmət Məmmədov deputat həmkarı Vahid Əhmədovun qalmaqallı müsahibəsi barədə deyib.

HTML tutorial

O qeyd edib ki, Vahid Əhmədovun siyasətçi kimi məntiqi anlaşılan deyil:

“O özünü istiqlal deputat hesab edir. Bu əslində belə deyil. Biz onun keçmişini daha yaxşı bilirik. V.Əhmədov Quba üsyanını yatırdığını deyirsə, yenə də yanılır. Çünki qubalılar Azərbaycan dövlətinə və iqtidarına inanır və etibar edir”.

 

 

Şəbnəm

Gununsesi.info