Vətəndaşlarımız üçün Lavrovdan dəstək istədik – ÇAVUŞOĞLU

  • By admin
  • 13 Mart 2022 14:56

Ukraynanın Mariupol şəhərindəki Sultan Süleyman məscidinə sığınan vətəndaşlarımızla əlaqə saxlayırıq. Məsciddə heç bir ziyan yoxdur. Biz Lavrovdan təxliyə üçün dəstək istədik.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Qeyd edək ki, Mariupoldakı Sultan Süleyman məscidinə bu gün səhər saatlarından etibarən 30 nəfər Türkiyə vətəndaşı sığınıb. Məscidin 700 metr yaxınlığına rus ordusu tərəfindən bomba atılıb.

Gununsesi.info