
Böyük Britaniya Baş naziri Boris Conson polşalı həmkarı Mateuş Moravetski ilə görüşüb.
Gununsesi.info-nun APA-ya istinadla xəbərinə görə, bu barədə Baş nazirin ofisindən məlumat verilib.
O, Moravetskiyə bildirib ki, indiki məqam Ukrayna müqaviməti üçün əsasdır, Rusiyaya qarşı sanksiyaları artırmaq və gücləndirməyə hazır olmaq lazımdır.
Boris Conson Polşaya humanitar səylərin ön cəbhəsində olduğuna görə təşəkkür edib, liderlər Aİ və Almaniyanın müdafiə və humanitar səylərə dəstəyini alqışlayıblar.
Conson səfər çərçivəsində NATO Baş katibi Yens Stoltenberqlə də görüşəcək.
Gununsesi.info