Vətəndaşı şərləyən rəis polis orqanlarından xaric edildi- ŞİRVAN POLİSİNDƏ YOXLAMA

Şirvan şəhər Polis Şöbəsində vətəndaşa qarşı kobud qanun pozuntusu cavabsız qalmayıb. Belə ki, Ramin Mirzəyevi Polis Şöbəsinin əməkdaşları əsassız bir şikayətlə bağlı Şöbəyə dəvət etmiş, ona ağır işgəncələr verərək etiraf edici izahat imzalatmış və azadlığa buraxmaq üçün qohumundan 5000 manat rüşvət alınıb. Bununla bağlı aidiyyəti orqanlara şikayət edildikdə isə polis əməkdaşları bu dəfə onun evinə basqın xarakterli baxış keçirmiş və guya evdən narkotik vasitə aşkar edildiyi görüntüsünü yaratmışlar.

Gununsesi.info xəbər verir ki, dəfələrlə işgəncələrə məruz qalan, övladı ilə hədələnən və əsassız formada həbs olunan vətəndaşın şikayətinə əsasən isə şöbədə yoxlama aparılmış və Şirvan şəhər Polis şöbəsinin rəisi və rəis müavininə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Həmçinin Polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi və baş əməliyyat müvəkkili Daxili İşlər Orqanlarında xidmətdən xaric edilmiş, işlə əlaqədar qanunsuzluğa yol vermiş təhqiqatçılara isə töhmət elan edilmişdir.