
Tennis üzrə dördqat olimpiya çempionu Serena Uilyams iyulun 23-dən avqustun 8-dək Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
O, ABŞ yığmasının heyətinə daxil edilmədiyini bildirib.
39 yaşlı tennisçi milliyə çağırılmamasını düzgün addım kimi qiymətləndirib.
Qeyd edək ki, S.Uilyams 2000, 2008, 2012-ci illərdə cütlük və fərdi yarışlarda olimpiya çempionu olub. Hazırda o, dünya tennisçilərinin reytinqində 8-cidir.