
Rusiya prezidenti Vladimir Putin ölkədə yaşayan əcnəbilərin və əmək miqrantlarının da koronavirusa qarşı vaksinasiyadan keçirilməsinin təmin olunması barədə göstəriş verib.
Müvafiq sənədlər Kremlin rəsmi saytında dərc olunub.
Ölkə başçısı müvafiq qurumlara miqrantların peyvənd olunması üzrə dövlət proqramını hazırlamağı və onun həyata keçirilməsi üçün lazımi maliyyə mənbələrini aşkar etməyi tapşırıb.
Gununsesi.info