
Əlbəttə, Rusiyanın sivil yaşam qaydalarına tüpürüb Ukraynanı işğal etmək cəhdlərini izləmək çox ağırdır. Qərbin bu avantüraya cavabı adekvat görünmür. Qəlbi Ukraynanın yanında olan hər kəs dünyanı Rusiyaya qarşı müharibəyə çağırır.
Amma reallıqlar fərqlidir, XXI əsrdə beynəlxalq hüququ ayaq altına atıb başqa bir suveren ölkənin paytaxtına hücum edən zehniyyət çox rahatlıqla nüvə silahı tətbiq edə bilər. Bu zaman fəlakətin miqyası təsvirolunmaz olar: yüz minlərlə ölü, xaraba qalmış şəhərlər, milyonlarla qaçqın və s.
Qərb Putini ram etməyin yolunu obrazlı şəkildə ifadə etsəm, belə görür:
Vəhşi bir yırtıcını necə tuturlar? Əvvəlcə maksimum yorurlar, sonra bədəninə keyidən iynə atıb bayıldırlar. Daha sonra zooparka (oxu:həbsxanaya) aparırlar.
Putin dünyanı yenidən bölüb özünə imperatorluq yarada bilməyəcək, buna nə resursu, nə də gücü var, dünya da 70-80 il əvvəlki dünya deyil. Dünəndən başlayan anti-müharibə aksiyaları göstərir ki, Rusiya da bizim təsəvvür etdiyimiz şovinizmdən zəhərlənmiş cəmiyyət deyil.
Çətin olacaq, amma çox yaxşı olacaq, ümidinizi itirməyin!
Gununsesi.info