
Kiyevdə yaşayış binasına raket qalıqları düşüb.
Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə açıqlama verən Kiyev şəhərinin meri Vitali Kliçko biri ağır olmaqla 3 nəfərin yaralandığını açıqlayıb.
“Təcili yardım maşınları insanları xəstəxanalara aparır. Hadisə yerində bütün lazımi qəza-xilasetmə qüvvələri işləyir. Ev yanır, çökmə təhlükəsi var”, – V. Kliçko bildirib.
Gununsesi.info