Uşaqlara işgəncə verən müəllimələr saxlanıldı- CİNAYƏT İŞİ BAŞLANDI

“Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb”.

Gununsesi.info bildirir ki, bunu DİN-nin şöbə rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Gununsesi.info