
Ukraynanın Çerniqov şəhərində silah-sursat sərgisində tank əleyhinə qumbaraatan partlayıb.
Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 3 uşaq yaralanıb.
Çerniqov vilayətinin rəhbəri Vyaçeslav Çaus bildirib ki, uşaqlardan birinin vəziyyəti ağırdır və o, reanimasiyadadır.
Hazırda hadisə yerinə baxış keçirilir.
Gununsesi.info