İki qız Şoltsla fotosessiyada sinələrini açdı - FOTO

Almaniyada iki qız ölkənin kansleri Olaf Şoltsla fotosessiyada sinələrini açıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Agentliyin məlumatına görə, Berlində Nazirlər Kabinetinin rəhbərinin iqamətgahında keçirilən “Açıq qapı” günündə fəallar soyunublar. Onlar siyasətçinin qarşısına sinələrini açıb boyalı əskinasları səpələyiblər. Onların bədənlərinə qazın bahalaşması problemi ilə bağlı şüarlar yazılıb.

Mühafizəçilər sürətlə qızları mühasirəyə alaraq ərazidən çıxarıblar. Bundan sonra Şolts qonaqlarla şəkil çəkdirməyə davam edib.

Gununsesi.info