Azərbaycanda direktor işdən çıxarıldı  - FOTO

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov tutduğu vəzifədən azad olunub.

Bu barədə Gununsesi.info-nun yerli bürosuna Ə.Qasımovun özü məlumat verib.

“Yaş həddinə görə mənim işimə xitam verildi. Hazırda işdən ayrılmışam və evimdəyəm”- deyə Ə.Qasımov bildirib.

Məlumat üçün qeyd edək ki, Ə.Qasımov on ildən artıq idi Gəncə Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Hazırda direktor vəzifəsini onun müavini icra edir.

Gununsesi.info