
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın nüfuzlu ölkələrinin Türkiyədəki səfirlərinin Ankaradan çıxarılmasını istəyir.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə o, bu gün səsləndirdi bəyanatında bildirib.
Buna səbəb kimi isə həmin səfirlərin həbsdə olan iş adamı Osman Kavanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatı olub.
Həmin bəyanatda Kanada, Fransa, Norveç,İsveç və daha bir neçə ölkənin səfirləri iş adamının azadlığa buraxılmasını istəyib.
Ərdoğan isə bildirib ki, bu səfirlərin arzulanmaz şəxs kimi ölkədən çıxarılması üçün Xarici İşlər Nazirinə təlimat verib.
Qeyd edək ki, adıçəkilən iş adamı FETÖ-çu kimi həbs edilib və “Gezi Parkı” olaylarını maliyyləşdirməkdə günahlandırılır.
Gülnar
Gununsesi.info