
Ukrayna ərazisində yaxın vaxtlarda NATO bazaları peyda olacaq, nüvə silahı, onun hissələrinin tədarükü baş verəcəkdi.
Gununsesi.info xəbər verir ki, belə bir iddia ilə Rusiya MN-in rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov çıxış edib.
O bildirib ki, Rusiya ordusu ləyaqətlə bu real təhdidin qarşısını alır:
“Rusiya ordusu şərəflə tapşırığı yerinə yetirir. O, Ukrayna ərazisindən Rusiyaya mümkün real təhdidi kənarlaşdırır. O ərazilər ki, yaxın vaxtlarda NATO bazaları peyda olacaq, nüvə silahı, onun hissələri gətiriləcəkdi”.
Gununsesi.info