
Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Zelenski tvitter hesabında yazıb.
“Sadiq dostumuz, Avropa İttifaqı Şurasının rəhbəri ilə daim təmasdayam. Biz döyüş meydanındakı mövcud vəziyyəti və diplomatik səyləri müzakirə etdik. Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı müsbət siqnallar gözləyirik”, – Zelenski qeyd edib.
Gununsesi.info