Daha bir beynəlxalq qurum Rusiya və Belarusun yarışda iştirakını dayandırdı

Bu gün Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Rusiyanın Ukraynanı işğal etməsindən sonra Rusiya və Belarus konkisürənlərinin bütün beynəlxalq konkisürmə yarışlarında iştirakını dayandırıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ISU-nun bəyanatında deyilir ki, konkisürənlərə ISU çempionatlarında və digər tədbirlərdə iştirak etmək qadağan ediləcək:

“ISU Şurası Ukraynadakı ISU Üzvləri, Ukrayna Sürətli Konkisürmə Federasiyası və Ukrayna Fiqurlu Konkisürmə Federasiyası ilə tam həmrəy olduğunu bir daha təsdiqləyir”, – bəyanatda deyilir.

İdarəetmə orqanı dayandırmanın dərhal qüvvəyə minəcəyini və növbəti bildiriş gələnə qədər yerində qalacağını söyləyib.

Gununsesi.info