Azərbaycanlı vəzifəli şəxs Ukraynada MÜHASİRƏYƏ DÜŞDÜ

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi, sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.

Gununsesi.info xəbər verir ki,“Report” Afaq Həmidova ilə bu gün əlaqə yaradıb.

O deyib ki, sağ-salamatdırlar, şəhəri tərk etmək üçün yaşıl dəhlizi gözləyirlər.

“Mariupolda demək olar, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, – A.Həmidova bildirib.

Gununsesi.info