Bakıya girişdə tıxac - FOTOLAR

“Hazırda Bakı-Sumqayıt şossesində-Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur”.
Gununsesi.info bildirir ki, bunu BNA sözçüsü Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

Gununsesi.info