
Britaniyalı deputat Ian Blackford Böyük Britaniya hökumətini ittiham edib.
Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, o, hökuməti ölkəyə daxil olan korrupsiyalaşmış rus pullarının qarşısını almaq üçün kifayət qədər iş görməməkdə günahlandırıb.
İngilis deputatın fikrincə, mühafizəkar hökumətlər dövründə illərdir ki, çirkli rus pullarının Londondan keçməsinə icazə verilib.
O, həmçinin, Toriləri Rus oliqarxlardan 2,3 milyon funt-sterlinq toplamaqda günahlandırıb və baş nazirdən pulların qaytarılıb-qaytarılmayacağını soruşub.
Baş nazir Boris Conson deputata cavabında deyib:
“Nümayəndələr Palatasının mühafizəkarların rus oliqarxlardan pul yığmadığını başa düşməsi vacibdir. Biz Böyük Britaniyanın maraqlar reyestrində səs vermək üçün qeydiyyatdan keçmiş insanlardan pul yığırıq”.

Gununsesi.infoconso