
Rusiyanın Ukraynaya faşist hücumu dünya ictimaiyyəti ilə yanaşı prezident Putinin də öz ölkəsində mövqeyini zəiflədib.
Ukraynaya hücumu pisləyən, Rusiyanın bu müharibədə itirdiklərini obyektiv şəkildə işıqlandıran rus mediasının fəaliyyəti qadağan edilir.
Gununsesi.info-nun xəbərinə görə,
Rusiyada bir sıra xəbər saytları, xüsusən də əsas müstəqil məlumat mənbələrindən olan «Дождь», «Эхo Москвы» və «Настоящее время» sayt, TV kanal və radio efirləri Baş Prokurorluğun təşəbbüsü ilə bütün ölkə ərazisində bloklanır.
Görünür, bununla Putin cəmiyyətin Ukraynada və dünyada baş verənlər barədə düzgün məlumatlanmasını istəmir.
Gununsesi.info