
“Rusiyada dövlət çevrilişinə cəhd Avropada nüvə sabitliyinə təhdiddir.”
Gununsesi.info xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.
O, həmçinin bildirib ki, Avropa İttifaqı Ukraynanı dəstəkləməkdə davam edir.
Eyni zamand NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Rusiyada baş verənləri izləyir və onları ölkənin daxili işi hesab edir.
“Bu gün Aİ Xarici İşlər Nazirləri Şurası Ukraynaya dəstəyimizin artırılmasını müzakirə edəcək. Hesab edirəm ki, bu gün Ukraynanı dəstəkləmək həmişəkindən daha vacibdir, çünki həftəsonu baş verənlər belə dəstəyin vacibliyini göstərir. Nüvə enerjisi ilə işləyən Rusiyanın siyasi qeyri-sabitliyə qərq olmasına baxmaq yaxşı deyil.”
Bildirilir ki, İtaliyanın “La Repubblica” qəzeti daha əvvəl bəyan etmişdi ki, Rusiyadakı “Vaqner PMC” ilə bağlı vəziyyət NATO-da mümkün nüvə insidentindən narahatlığa səbəb olub.
Qəzetin yazdığına görə, bu məsələ ilə bağlı Alyansla Rusiya Müdafiə Nazirliyi arasında “qeyri-rəsmi təmaslar” baş tutub.
“La Repubblica”nın məlumatına görə, hərbi-siyasi blokun diqqəti “dərhal istifadəyə hazır” 1,5 minə yaxın nüvə başlığına yönəlib. Nəşrin yazdığına görə, Qərb Moskvanı əmin etməyə tələsdi ki, onun “qüvvələr üsyançıların qərar verdiyi hərəkətlərdə heç bir rol oynamır”.
Tərcümə
Şəbnəm
Gununsesi.info