
Ukraynadakı münaqişə hazırda Macarıstandan çox uzaqdadır, lakin yaxın günlərdə vəziyyət dəyişə bilər.
Gununsesi.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Macarıstan-Ukrayna sərhədinə səfər sonrası jurnalistlərə açıqlamasında deyib.
O, ölkəsinin silahlı qarşıdurmaya qarışmaq istəmədiyini, Ukraynadan Macarıstana daxil olmaq istəyən hər kəsin pasportu olmasa belə ölkəyə buraxılacağını vurğulayıb.
Həmçinin Orban Macarıstanın Rusiyanın SWIFT sistemindən çıxarılmasına mane olması xəbərini təkzib edib.
Gununsesi.info