“Ukrayna NATO-ya daxil deyil, Britaniya qoşunları Rusiyaya qarşı döyüşməyəcək” - MÜDAFİƏ NAZİRİ

  • By admin
  • 25 Fevral 2022 17:24

“Britaniya qoşunları Rusiyaya qarşı döyüşməyəcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles BBC-yə müsahibəsində bildirib.

O, bunun Avropa müharibəsinə səbəb olacağını, buna görə də Böyük Britaniya qoşunlarının Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilməyəcəyini təsdiqləyib.

“Ukrayna NATO-ya daxil deyil, Böyük Britaniya əsgərlərinə hücum alyansa hücum kimi qiymətləndiriləcək”, – nazir qeyd edib.

 

 

Gununsesi.info