
Kiyevdə rusiyalı diversant yaxalanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Naməlum şəxs yanğınsöndürmə məntəqəsinin yaxınlığında yerləşən bağlı mağazanın yanında qeydləri olan dəftər şəklində “hədiyyə” qoyub, “qardaşlarına” mesaj buraxmağa cəhd edib və bundan sonra qaçıb. Kifayət qədər qəribə davranış, ciddi şübhələr doğurduğundan dərhal naməlum şəxs saxlanılıb”, – məlumatda bildirilib.
Təxribatçı hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
Gununsesi.info