Ukraynada polkovnik qətlə yetirilib

Ukrayna Təhlükəsizlik Xidmətinin Kirovoqrad vilayəti üzrə rəisi, polkovnik-leytenant Aleksandr Nakoneçnı Kropivnitskidə ölü tapılıb.

Gununsesi.info xəbər verir ki, onun meyiti avqustun 20-si saat 22:50 radələrində Tarkovski küçəsindəki mənzildə həyat yoldaşı tərəfindən aşkar edilib.

Polkovnik-leytenantın odlu silahda açılan atəş nəticəsində öldürüldüyü məlum olub.

Gununsesi.info