Türkiyədəki dəhşətli qəzada ölənlərin sayı artdı - VİDEO

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 19 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Twitter səhifəsində bildirib.

Onun sözlərinə görə, xəsarət alan 26 nəfərdən 6-sının vəziyyəti ağırdır.

Gununsesi.info