
Ukrayna Dövlət Fövqəladə Xidməti xilasedicilərin hava bombasından detonatoru necə çıxardığını göstərib .
Gununsesi.info xəbər verir ki, bununla bağlı video xidmətin sosial şəbəkələrdəki səhifələrində yayımlanıb.
“Martın 9-da Dövlət Fövqəladə Hallar Xidmətinin Pirotexniki İşlər və Sualtı Ərazilərin Minalardan Təmizlənməsi Qrupunun ekipajları Çerniqov şəhərinin sakinlərindən minatəmizləmə ilə bağlı daxil olmuş 22 müraciətin icrası istiqamətində iş aparıblar”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, martın 9-da Rusiya aviasiyasının Mariupol şəhərinə hava hücumu zamanı şəhərin mərkəzindəki doğum evi, xəstəxananın uşaq və terapiya şöbəsi dağıdılıb
Zərbə nəticəsində 17 nəfər xəsarət alıb.