Makronun qəbul edildiyi 5 metrlik masa barədə Kremldən açıqlama

  • By admin
  • 19 Fevral 2022 19:20

Rusiya Prezidenti Vladimir Putinin xarici həmkarları ilə görüşlər keçirdiyi Kremldəki oval masa İtaliyada hazırlanıb.

Gununsesi.info Rusiya mətbutına istinadla xəbər verir ki, bunu Prezident Administrasiyasının mətbuat katibi Yelena Krılova bildirib.

Bu masa Putinin Fransa Prezidenti Emmanuel Makronla danışıqlarından sonra mediada maraq doğurub. Belə bir məsafədə dialoq sosial şəbəkələrdə müzakirə olundu. Həmin masa arxasında Putin bu yaxınlarda Almaniya kansleri Olaf Şolz və digər ölkələrin liderləri ilə görüşüb. Masa 30 ildən artıqdır ki, Kremldədir. Uzunluğu 5 metr, eni isə 2,15 metrdir”, – deyə Krılova bildirib.

 

Gununsesi.info