Ukraynada hava hücumu xəbərdarlığı – Partlayışlar baş verib

Ukraynanın şərqindəki bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib.

Gununsesi.info xəbər verir ki, Dnepropetrovsk və Xarkov vilayətlərində, həmçinin Kiyevin nəzarətində olan Zaporojye vilayətində sirenalar səslənib. Həyəcan siqnalı orta hesabla təxminən yarım saat davam etib.

Bundan əvvəl Ukraynanın bir sıra regionlarında, o cümlədən Dnepropetrovsk, Kiyev, Poltava, Sumı və Xarkov vilayətlərində hava xəbərdarlığı elan edilib, sonra isə ləğv edilib. Dnepropetrovsk vilayətində yerləşən Krivoy Roqda partlayışlar baş verib.

Gununsesi.info