
Beynəlxalq qeyri-hökumət təşkilatı “Save the Children” (Uşaqları xilas edin) İsrailin blokada altında olan Qəzza zolağındakı Cebaliya qaçqın düşərgəsinə hücumunun nəticələrini görəndə dəhşətə gəlib.
Gununsesi.info bildirir ki, bu barədə “Save the Children”təşkilatının Fələstin direktoru Ceyson Li məlumat verib.
“Biz Cebaliya qaçqın düşərgəsindəki dağıntılardan şoka düşdük. Mülki əhali qorunmalıdır”, – QHT rəhbəri X sosial şəbəkə platformasında yazıb.
Qeyd edək ki, bundan əvvəl Qəzza zolağının Səhiyyə Nazirliyi İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsinə hücumu barədə məlumat vermişdi.
“İlkin məlumatlara görə, hücum nəticəsində azı 100 nəfər həlak olub, düşərgənin yaşayış massivlərindən biri tamamilə dağıdılıb”, – nazirliyin “Teleqram” kanalında yaydığı məlumatda deyilir.
Gununsesi.info