
Xarici qonaqların Milli Məclisdə qarşılanması, Milli Məclisin deputatlarının xaricə səfərləri üçün ezamiyyə xərcləri artıb.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev deyib.
O, həmçinin bildirib ki, Milli Məclisə yeni avtomobillər alınıb: “Milli Məclisin avtoparkının yenilənməsi üçün 2023-cü ildə avtomobillər alınıb”.