Ukrayna Rusiyadan “Donbas məsələsi”nə görə 63 milyard dollar məbləində kompensasiya tələb edir.
Gununsesi.org Rusiya mediasına istinadən xəbər verir ki, rəsmi Kiyev hesab edir ki, bu, Donbasın dağıdılmış infrastrukturu, habelə Ukraynanın məlum hadisələr fonunda üzləşdiyi “iqtisadi fayda itkisi” üçündür. Başqa sözlə desək, Ukrayna hesab edir ki, Rusiyanın Donbasdakı aktivliyi, oradakı separatçılara verdiyi dəstək, Ukraynaya 63 milyard dollar məbləğində ziyan vurub. Bundan başqa, Ukrayna hesab edir ki, Donbas olayları Rusiyanın bir sıra beynəlxalq və ikitərəfli müqavilələri pozduğunu göstərir.
Rusiya tərəfi isə hesab edir ki, Ukraynanın təzminat iddiasının heç bir əsası yoxdur. Krım kimi Donbasın da “öz müqəddəratını təyin etmək” hüququna sahib olduğunu bildirən Rusiya, baş verənlərə görə, Ukraynaya hər hansı miqdarda kompensasiya ödəmək niyyətində olmadığını bəyan edib.
Gununsesi.org
COMMENTS