ABŞ-ın Bağdaddakı səfirliyi və hərbi koalisiyanın bazası atəşə tutulub

ABŞ-ın Bağdaddakı səfirliyi və hərbi koalisiyanın bazası atəşə tutulub

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub.

Gununsesi.org-un “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə raket səfirlik binasının yaxınlığına düşüb.

Dağıntı və tələfat barədə məlumat verilmir.

“Reuters” agentliyi isə raket zərbələrinin hədəfinin ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın bazası olduğu barədə xəbər yayıb. Baza ABŞ səfirliyi yaxınlığında yerləşir.

Gununsesi.org

COMMENTS