
Moksvanın hərbi birliklərini sərhədə toplaması fonunda regional gərginliyin artması Rusiyanın Ukraynaya müdaxilə riskini də yüksəldir.
Gununsesi.info xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq xəbərdarlıq zamanının azaldığını, hücum riskinin isə artdığını vurğulayıb:
“Biz həm də Rusiyadan çox güclü təhdid ritorikası müşahidə edirik, onlar güzəşt etməyimizi tələb edirlər, əks halda hərbi-texniki nəticələri olacağını bildirirlər. Əlbəttə, Rusiyanın Ukraynaya daha əvvəl müdaxiləsi təcrübəsi də var”.
Stoltenberq qeyd edib ki, qoşunların sərhədə cəmlənməsi, hədələyici ritorika və Rusiyanın etdiklərini birgə götürəndə, real təhlükə görünür:
“Ancaq biz siyasi həll yolu üzərində işləməyə davam edirik”.
Gununsesi.info