Ukrayna Nikolayev aeroportunu geri qaytardı

  • By admin
  • 07 Mart 2022 18:17

Ukrayna hərbçiləri Nikolayev vilayətinin hava limanını geri qaytarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə vilayət dövlət administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.

“Beynəlxalq hava limanı bizdədir”, – Kim yazıb.

Qeyd edək ki, rus hərbçiləri bu gün səhər saatlarında “SMERÇ” reaktiv yaylım atəşi sistemlərindən Nikolayevi atəşə tutublar. Nəticədə yaşayış sektorunda və sənaye obyektlərində 5 yanğın hadisəsi baş verib.

 

 

Gununsesi.info