“Zelenski Kiyevi tərk etməyəcək” - PODOLYAK

  • By admin
  • 07 Mart 2022 18:29

“Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevi tərk etməyə hazırlaşmır”.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.

“Zelenski Kiyevi tərk etməyəcək. O qorxmur. O hesab edir ki, ölkənin daxilində, qəlbində olmalıdır”, – deyə M.Podolyak bildirib.

O, həmçinin Volodimir Zelenskiyə qarşı hazırlanmış sui-qəsdlər barədə də danışıb. Bildirib ki, prezident əks-kəşfiyyatı mütəmadi olaraq vəziyyətə nəzarət edir.

M.Podolyakın sözlərinə görə, V.Zelenskiyə qarşı sui-qəsdlərin sayı iddia olunduğu kimi iki yox, daha çox olub.

 

 

Gununsesi.info