
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirməyi müzakirə edir.
Gununsesi.info bildirir ki, bu barədə Fransanın maliyyə naziri Brüno Le Mer BFMTV -yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda bu barədə danışıqlar gedir: “Davam etmək lazımdırmı? Bütün variantlar müzakirə edilir. Bu barədə indi danışmayacağam. Hesab edirəm ki, planlarımızın məxfiliyini qorumaq lazımdır. Sanksiyalar barədə qərar qəbul edildikdən sonra danışmaq lazımdır”.
Onun sözlərinə görə, martn 10-11-də prezident Makronun rəhbərliyi ilə Avropa İttifaqı dövlət başçılarının sammiti keçiriləcək. “Bu sammit variantların baxılması üçün bir əsas olacaq”.
Nazir deyib ki, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar misilsizdir və effekt verir.
Gununsesi.info