“Onlar şantajın işləmədiyini başa düşdükdə, sanksiyalar mexanizmini işə saldılar” - ZAXAROVA

  • By admin
  • 24 Fevral 2022 16:11

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova adının Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsini hədiyyə adlandırıb.

 

Gununsesi.info xəbər verir ki, Zaxarova Brüsselin belə bir addımının çoxdan işlənib hazırlandığını bildirib.

 

“Qərarın özü çoxdan hazırlanıb. Mən bilirdim, hətta bu barədə eyham vurdular, qorxutmağa çalışdılar. Onlar şantajın işləmədiyini başa düşdükdə, sanksiyalar mexanizmini işə saldılar”, – Zaxarova teleqram kanalında yazıb.

 

 

Gununsesi.info