
Bu gün Ukrayna hərbçiləri Azov dənizində Rusiyanın “Sormovski 3064” mülki yük gəmisini atəşə tutublar.
Gununsesi.info xəbər verir ki, bu iddia ilə Rusiya İstintaq Komitəsinin Telegram kanalı çıxış edib.
Bildirilir ki, atəş açılan zaman gəmi Krasnodar diyarının Şerbinovski rayonunun Şabelskoye kəndindən 12 kilometr şimalda, Azov dənizinin sularında olub. O, Yunanıstan limanından Taqanroq limanına doğru gedirdi. Gəminin hücumdan sonra alovlandığı bildirilib.
Gununsesi.info