
SOCAR-ın “Azneft” İB üzrə 2022-ci ilin yanvar-mart aylarında 1.6 milyon tondan çox neft hasil edilib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə İB məlumat yayıb.
Bildirilib ki, plan 102 faiz yerinə yetirilib:
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 0,8 faizdir. Cari ilin 3 ayında, həmçinin 1.6 milyard kubmetrə yaxın qaz hasil edilib ki, bu da planın 101,5 faiz əməl edilməsi deməkdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 1,2 faizdir”.
Gununsesi.info