
Qəhrəman adam!
“İnşallah tezliklə sağal! Bəzi şərhlərdə yazırlar ki, 7-ci mərtəbədən düşən qızı tutmağa çalışmaq ağılsızlıqdır. Bu insan bir neçə saniyədə bu qərarı verib və daxilən necədirsə o cür də davranıb. Vicdanının səsini dinləyib deyə bilərik. Qaça da bilərdi, amma qaçmadı. Qaçsaydı, buna görə də qınayacaqdılar”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalist İlkin Muradov özünün sosial şəbəkə hesabında yazıb.
Jurnalist bildirib ki, bu şəxs Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan Zahid Niyazovdur:
“Çox ağır xəsarətlər alan Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. O, Baş Gömrük Mühafizə Xidməti Əməliyyat şöbəsində işləyir”.
Gununsesi.info