
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hesab edir ki, üç arvad almaq yaxşıdır, dördü isə xoşbəxtlikdir.
Gununsesi.info xəbər verir ki, Kadırov bu barədə Çeçenistan sakinləri ilə birbaşa təmas zamanı bildirib.
Ondan soruşdular: “İkinci arvad almağa üstünlük verir, yoxsa sakit həyata?”.
“Dörd arvad… İki arvadın olması o deməkdir ki, sən əsl kişisən. Üç yaxşıdır, dörd xoşbəxtlik. Bunu bizim peyğəmbərimiz deyib”, – deyə Çeçenistan rəhbəri cavab verib.
O, həmçinin gözəl qadınları sevdiyini etiraf edib.
Gununsesi.info