Türkiyənin xarici işlər naziri Almaniya və Ukraynadan olan həmkarları ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində Almaniya və Ukraynanın xarici işlər nazirləri ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Hakan Fidan xarici işlər nazirlərinin “Aİ-nin genişlənməsi və islahatları” mövzusunda konfransı çərçivəsində ikitərəfli görüşlər keçirib.

Qeyd olunur ki, XİN rəhbəri Almaniyadan olan həmkarları Annalena Berbok və ukraynalı Dmitri Kuleba ilə bir sıra məsələləri müzakirə edib.

Gununsesi.info