Türkiyədə stadion 35 milyona hərraca çıxarılır

Antalyadadakı Mardan Stadionunun da yerləşdiyi İdman Kompleksi 178 milyon 584 min lirəyə (təxminən 35 milyon manat) satışa çıxarılır.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, kompleks iyulun 27-də İstanbul Anadolu Ədliyyəsində hərraca çıxarılacaq.

102 min 645 kvadratmetr sahəsi olan kompleksin tərkibində 2 futbol meydançası, 5 tribuna, məşq zalı, işçilərin və qonaqların qalması üçün bina var.